Effect logo

İT Outsorsinq – İT Servis

  Bu gün bazarda bir çox şirkət arasında İT xidmətlərə tez-tez ehtiyac var. Bununla birlikdə, İT mütəxəssislərinin daimi əsaslarla işlədilməsi əksəriyyəti üçün maadi cəhətdən məqsədə uyğun olmaya bilər. Bu sahədə Sizə sərfəli tərəfdaşlıq təklif etmək istəyirik.   Şirkətimiz İT və Telekommunikasiya sahəsində çox böyük təcrübəyə malikdir və Sizə həftənin 7 günü 24 saat xidmət göstərməkdən çox məmnun olardıq.   Bizim yüksək ixtisaslı mütəxəssislərimiz, Sizə, istənilən hədəflərə çatmaq üçün, uzun müddətli təcrübəsindən istifadə edərək, istənilən çətinlikdə İT-Həllər təklif edə bilər.  
  • İT Xidmət
  • Kiber Təhlükəsizlik
  • Proqram Təminatı (CRM, Mobile & Web Application)
  • Təhlükəsizlik sistemləri və s.
  Zəhmət olmasa, şirkətimiz tərəfindən təqdim olunan İT xidmətin (İT Autsorsinq) əsas üstünlüklərinə diqqət yetirəsiniz:  
  • Tam peşəkar işçi heyəti – artıq Sizin üçün çalışan tək bir İT mütəxəssis yoxdur. Sizi dəstəkləyən, yüksək səviyyəli, peşəkar və bütün lazımi alətlər ilə təchiz olan hazır ixtisaslaşdırılmış Işçi Heyətiniz var.
  • Xərclərin azaldılması – İT mütəxəssisi maaşına, sosial ayırmalara, tibbi sığortaya, illik bonuslara və qalan müavinət paketinə 40-50% qənaət.
  • Əmək müqaviləsindən azad.
  • Hüquqi Sığorta – Biz, Sizə, istifadə etdiyimiz və quraşdırılmış avadanlıqların zəmanəti ilə yanaşı kommersiya sirrinin qorunmasına Hüquqi zəmanət veririk.
  • İnsan resurslarının axtarışında tez nəticə – Siz, təzə işçi axtarıb, onun başqa işçiyə təhvil-təslim etmək prosedurundan azadsınız.
  • Fasiləsiz xidmət – Sizin İT sahəsində işçiniz xəstələnməsi və ya hər hansı bir səbəbdən işə gəlməməsi daha Sizi narahat etməyəcək.
  • Evdə işləmək imkanı – ofisdə olan bütün resursları, ev şəraitində, Təhlükəsiz, VPN vasitəsi ilə işləmək imkanı, yüksək səviyyədə təşkil edirik. Siz evdə və ya işdə olmağın fərqini hiss etməyəcəksiniz.